Bakıda yeniyetmə qız itkin düşüb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.
Hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Binə qəsəbəsindəki Südçülük Sovxozunda yerləşən nömrəsiz evdə yaşayan Leyla Əbilova Suraxanı RPİ-nin 30-cu PŞ-yə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan qızı - 15 yaşlı Aynur Əbilovanın yaşadıqları evdən gedərək geri qayıtmadığını və sonuncudan xəbər ala bilmədiklərini bildirib.
Faktla bağlı Suraxanı RPİ-nin 30-cu PŞ-də araşdırma aparılır.