Bakıda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 9 may tarixində xəbər verib.
Paytaxtın Xətai rayonunda15 yaşlı Elşad Musayevin idarə etdiyi velosiped avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan E.Musayev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Fakt araşdırılır.