Bakıda 17 yaşlı qız itkin düşüb. Bu barədə 17 iyun tarixində Report məlumat verib.
Belə ki, 2006-cı il təvəllüdlü Məmmədova Rəhimə Nazim qızı iyunun 14-də paytaxtın Nizami rayonunda yaşadığı mənzildən çıxaraq geri qayıtmayıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində araşdırma aparılır.