Bakıda 17 yaşlı qız itkin düşüb. Bu barədə 20 iyul tarixində Report məlumat yayıb.
Hadisə paytaxtın Xətai rayonunun H.Aslanov qǝsəbəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Babayeva Elmira Abbas qızı yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.