Paytaxtda 8 Noyabr - Zəfər Günündə 19 marşrut avtobusunun hərəkəti dəyişdiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Belə ki, 3, 5, 6, 10, 17, 18, 31, 37, 39, 53, 65, 77, 88, 96, 125, 127, 205, 206 və E1 nömrəli avtobusların hərəkəti alternativ küçələrdən keçməklə təşkil ediləcək.
Həmin gün şəhərdə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü baş tutacaq.