Bakıda avtomobil qadını vuraraq öldürüb. Bu barədə 17 iyun tarixində Report məlumat verib.
Hadisə iyunun 16-da axşam saatlarında Xəzər rayonunun Zuğulba prospektində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Cafar Faiq oğlu “Hyundai İX 35” markalı avtomobillə Xəzər rayonunun Zuğulba prospektində mərkəz istiqamətində hərəkətdə olarkən yolun süni işıqlandırılmış, piyada keçidi olmayan asfalt örtüklü hissəsindən keçən piyada, 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini Cabarova Şahsənəm Əli qızını vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.