Bakıda Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilir və bu gündən hər iki yol sahəsində müvafiq yol nişanlarının quraşdırılmasına başlanılıb.
Bu barədə 20 iyul tarixində Report Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verib.
Qeyd edək ki, statistikalar paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də yüksək sürət həddi olduğunu göstərir.