Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 10 iyun tarixində xəbər verir.
Hadisə Səbail rayonunun Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.
2 yaşlı Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsindən yıxılaraq, "Kia" markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.
Araşdırma aparılır.