Bakıda bıçaqlanma olub. Bu barədə 20 may tarixində APA məlumat verib.
Belə ki, Nəsimi rayon ərazisində Əliyev Emin Bəxtiyar oğlu aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı küçədə tanışı, 1999-cu il təvəllüdlü Hüseynov Rəcəb Tofiq oğlunu bıçaqlayıb.
Faktla bağlı Nəsimi RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.