Bakıda 25 yaşlı gənc intihar edib. Bu barədə 6 may tarixində Report məlumat verib.
Belə ki, paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında paranoid şizofreniya diaqnozu ilə qeydiyyatda olan və ambulator müalicə olunan 1998-ci il təvəllüdlü Zərquliyeva Şahinə Müqəddəs qızı yaşadığı evdə, məişət əşyalarının saxlanıldığı saxlanc yerinin tavan hissəsindən özünü naqillə asaraq intihar edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.