Ailəsini baltalayan Əhməd Əhmədovun psixi problemləri olub. Bu barədə İnsanoid bu gün, 14 fevral tarixində xəbər verir.
“Deyirdim ki, ay bala, bunu "dəlixana"ya qoyun. Anası: “yaxşı olacaq”,- deyirdi. Dərman verirdilər, düzəlirdi.
Məhəmməd dedi ki, ata, bu bıçağı niyə götürmüsən? Əhməd gəlib bizim başımızı kəsər. Soruşdum ki, vəziyət bu yerdədi? Dedilər, hə. Dedim sizə gəlinəsi deyil”, – qətlə yetirilən ailənin qohumu Qənirə Əhmədova deyib.
O əlavə edib ki, Əhməd Əhmədovu oğlunun toyunda da görüb. Toyda sakit vəziyyətdə olmasının səbəbini soruşanda isə atası bildirib ki, dərman verib.
Qohumların sözlərinə əsasən, Əhmədin atası ona ev, maşın alıb, hətta gündəlik xərclərini ödəməsi üçün pul da verib.
Əmisi oğlu Vüqar Əhmədov qeyd edib ki, psixoloji problemlərinə görə Əhməd Əhmədovu müalicə alması üçün Mərdəkanda klinikaya yatırtmalı idilər.
Hadisəni törətməkdə şübhəli bilinən Əhməd Əhmədov 59, 191 və 272 saylı məktəblərdə təhsil alıb. O, bir müddət Rusiyada yaşayıb.
Ailə üzvlərini öldürən 25 yaşlı şəxsin anası məktəb direktoru olub 09:29
Fevralın 13-də 25 yaşlı Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Xətai Rayon Prokurorluğunda cinayət işi üzrə aparılan istintaq tədbirləri ilə Əhməd Əhmədovun qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda 27 yaşlı bacısı Elmira Əhmədovanı və onun azyaşlı qızını da qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda ibtidai istintaq davam edir.