Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 3 may tarixində Report məlumat verib.
Belə ki, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1998-ci il təvəllüdlü Fətullazadə Türkan İlqar qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.