Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 23 may tarixində xəbər verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-17°, gündüz 21-26° isti olacaq.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 18-23°, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaq.