Bakıda 28 yaşlı oğlan itkin düşüb. Bu barədə 3 may tarixində Oxu.az məlumat verib.
Hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 28 yaşlı Təvəkkül Yusif oğlu Əliyev aprelin 29-da yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Hazırda onun tapılması istiqamətində axtarışlar davam edir.