Bakıda 112, 136 və 146 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə İnsanoid Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən bu gün, 31 iyul tarixində xəbər verir.
Dəyişikliyə səbəb paytaxtın Şüvəlan qəsəbəsinin Almas İldırım küçəsində (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkətinin tam məhdudlaşdırılmasıdır.
Məhdudiyyətlərə uyğun olaraq, sözügedən marşrut xətləri üzrə hərəkət alternativ küçələrdən təşkil ediləcək.
Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.