Bakı şəhərinin Yasamal rayonunda 30 yaşlı Bayramov Nicat Ağanemət oğlu evinin hamam otağında çimərkən ölüb. Bu barədə 30 dekabr tarixində Report məlumat verib.
Hadisənin baş verməsinin ilkin səbəbi olaraq, dəm qazı zəhərlənməsi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.