Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub. Bu barədə 31 mart tarixində Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36 000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlanıb.
Şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov saxlanılıblar.
Araşdırma aparılır.