Bakıda 35 yaşlı kişi dəm qazından ölüb. Bu barədə 19 yanvar tarixində Report məlumat verib.
Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Elyar Şalikov Motodrom adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.