Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 13 may tarixində xəbər verib.
Badamdar qəsəbəsində avtomobil yolu keçən 35 yaşlı Gülnar İsmayılovanı vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.