Bakıda kişi dəm qazından boğulub. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 10 fevral tarixində xəbər verir.
Hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib. 38 yaşlı Aqil Fail oğlu Rəhimov yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
A.Rəhimov Lənkəran Dövlət Dram Teatrının aktyoru Allahverən Babayevin bacısı oğludur. Onun 1 azyaşlı övladı qalıb.