Paytaxtın Nəsimi rayonunda 3950 manat dəyərində 3 ədəd velosiped oğurlayan şəxs saxlanılıb.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 26 dekabr tarixində məlumat verir.
Müxtəlif vaxtlarda rayon ərazisində iki evin girişindən 3950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb.
Araşdırma aparılır.