Bakıda 40 nəfərə qarşı dələduzluq edilib. Bu barədə Report 27 aprel tarixində məlumat verib.
Müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 40 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Füzuli rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Zeynəlabidin Məlikzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.