Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 20 iyun tarixində xəbər verib.
Paytaxtın Sabunçu rayonunda yolu keçən 40 yaşlı Məqsəd Ələkbərovu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.