Bakıda 40 yaşlı qadın qətlə yetirilib, əri saxlanılıb. Bu barədə 10 may tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, mayın 10-da saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Quliyevanın həyat yoldaşı, 1977-ci il təvəllüdlü Quliyev Zöhrab Quləli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü gəlib.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Araşdırma aparılır.