Bakının Xətai rayonunda ailə münaqişəsi zəminində ər həyat yoldaşını üzündən bıçaqlayıb. Bu barədə 28 aprel tarixində Report məlumat verib.
Belə ki, 1981-ci il təvəllüdlü Yüsifova Cəmilə Vidadi qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz nahiyəsinin kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.