Bakının Yasamal rayonunda piyada yol-nəqliyyat hadisəsində yaralanıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 30 may tarixində xəbər verir.
46 yaşlı Mənsimov Arzu Mətləb oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol kürək sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.