Bakının Sabunçu rayonunda 5 yaşlı uşaq eyvandan yıxılaraq ölüb. Bu barədə APA 9 fevral tarixində xəbər verib.
Hadisə Ramana qəsəbəsində qeydə alınıb.
2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən çoxmərtəbəli binanın eyvanından yerə yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.
Fakt araşdırılır.