Bakıda piyada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu barədə Report 21 yanvar tarixində məlumat verib.
Nəsimi rayonunda 57 yaşlı Alla Kərimova yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona büzdüm sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.