Bakıda qadın öldürülüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 2 avqust tarixində xəbər verir.
Avqustun 2-də saat 13:00 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki evlərin birində 58 yaşlı Məlahət Əfəndiyevanın yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı, 56 yaşlı Azər Əfəndiyev polisə gələrək təslim olub.
O saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.