Bakının Sabunçu rayonunda dava zamanı yaşlı kişi bıçaqlanıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
59 yaşlı Elxan Kərimov Maştağa qəsəbəsindəki yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.
Yaralı döş qəfəsinin və kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.