Bakıda kişi yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. Bu barədə Report 7 dekabr tarixində xəbər verib.
Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Yəhya Hüseynov küçəsində qeydə alınıb.
Belə ki, 60 yaşlı Əşrəf Hacağayev Binəqədi rayonundakı mənzilində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.