Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində 64 yaşlı kişi dəm qazından boğularaq ölüb. Bu barədə 25 yanvar tarixində Report məlumat verib.
1960-cı il təvəllüdlü Xələfov Xələf Hacıbaba oğlu yaşadığı evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.