Bakıda 67 yaşlı kişi itkin düşüb. Bu barədə 12 iyul tarixində Report məlumat verib.
Hadisə iyulun 5-də paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 1956-cı il təvəllüdlü Təhməzov Ramiz Azad oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.