Bakıda 71 yaşlı qadını avtomobil vurub. Bu barədə 27 oktyabr tarixində Report məlumat verib.
Belə ki, 1951-ci il təvəllüdlü Cəfərova Tahirə Məmməd qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.