Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
İyunun 9-da Yasamal rayonunun M.Həsənov küçəsində 74 yaşlı bir qadının içərisində pulu, sənəd və bank kartı olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elşən Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.