Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ölüb. Bu barədə 28 iyul tarixində Report məlumat verib.
Hadisə Bakı şəhəri Yasamal rayonunun S.Tağızadə küçəsi, ev 76, mənzil 4 ünvanında baş verib.
Həmin ünvanda tək yaşayan 1944-cü il təvəllüdlü Məmmədli E. M. 2-ci mərtəbənin eyvanının pəncərəsindən yıxılaraq xəsarət alıb.
O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.