Bakının Xətai rayonunda 8 yaşlı oğlan ehtiyatsızlıqdan hovuzda boğularaq xəstəxanaya yerləşdirilib. Bu barədə 21 iyul tarixində Oxu.az məlumat verib.
Hadisə Seyid Əzim Şirvani küçəsində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Bəşir Əfqan oğlu Şirinzadə hovuzda ehtiyatsızlıqdan boğulmağa başlayıb. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Azyaşlının vəziyyəti ağır olaraq qiymətləndirilir.
Fakt araşdırılır.