Bakıda kişi eyvandan yıxılaraq ölüb. Bu barədə Report 3 iyun tarixində xəbər verib.
Paytaxt sakini, 85 yaşlı Kamil Cəbiyev ötən gün yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən mənzilinin eyvanından ehtiyatsızlıqdan yerə yıxılıb.
Nəticədə aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində ölüb.
Fakt üzrə araşdırma aparılır.