Bakıda daha bir məktəbli qızılcadan vəfat edib. Bu barədə 9 yanvar tarixində “Qafqazinfo” xəbər verib.
2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib. Ömər Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin şagirdi olub.
Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.