Bakı şəhərinin Ş.Abdullayev küçəsində tikinti aparılması məqsədilə hasara alınmış torpaq sahəsində 7 ağacın kəsildiyi və təbiətə 25 080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı hasara alınmış ərazidə tikinti işlərinin "Gold Star City" şirkəti tərəfindən aparıldığı məlum olub.
Faktla bağlı akt tərtib edilib.