Bakının Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər ölüb. Bu barədə 8 dekabr tarixində APA məlumat verib.
Hadisə Günəşli qəsəbəsində qeydə alınıb.
Mehmandarov küçəsində yolu keçən 1947-ci il təvəllüdlü Rüstəmova Mariya İzətulla qızını minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən sonra ölüb.
Cinayət işi başlanılıb.