Paytaxtın Yasamal rayonunda meyiti tapılan ər və arvadla bağlı bəz təfərrüatlar məlum olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 14 fevral tarixində xəbər verir.
Alatava adlanan ərazidə 74 yaşlı Türkiyə vətəndaşı Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan 54 yaşlı həyat yoldaşı Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.
Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər və arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Meyitlərin üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.