top
Bakıda ata qızı ilə görüşən yeniyetmə oğlanı öldürüb - FOTO
13 yanvar 2024, 05:16
- ↺ +

Bakıda ata qızı ilə görüşən yeniyetmə oğlanı öldürüb - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qızı ilə görüşən yeniyetmə oğlanı öldürən atanın istintaq görüntüləri yayımlanıb. Bu barədə İnsanoid Baku Tv-yə istinadən bu gün, 13 yanvar tarixində xəbər verir.

2022-ci il sentyabrın 7-də Sabunçu Rayon Polis İdarəsinə Bilgəh qəsəbəsinin R.Rza küçəsində yerləşən evdə yaşayan 16 yaşlı Hüseynağa Şeydabəyovun həmin tarixdə müəmmalı şəraitdə yoxa çıxması haqda məlumat daxil olub.

Aparılmış araşdırma nəticəsində bir neçə gündən sonra həmin qəsəbədə yaşayan 53 yaşlı Babək Quliyev etiraf edib ki, əvvəl dəniz kənarında yeniyetməni döyüb, sonra isə boğaraq öldürüb. İstintaqla müəyyən edilib ki, Babək Quliyev qızı ilə sevgi münasibətində olan, görüşmək məqsədilə gizlin onun evinə gəlmiş Hüseynağa Şeydabəyovun hərəkətlərindən xəbər tutub.

Qızı ilə görüşməməsini yeniyetmədən tələb etmiş Quliyev növbəti dəfə onu evdə gördükdən sonra öldürmək qərarına gəlib.

Qarajdan götürdüyü iplə oğlanın əl-qolunu ön hissədən bağlayaraq, istifadəsindəki avtomobilinin arxa oturacağına əyləşdirib, onu sentyabrın 7-si gecə saat 1 radələrində dəniz kənarına gətirib. Orada maşından düşürüb, Hüseynağa Şeydabəyovun üzünə və bədəninin digər nahiyələrinə şillə və yumruqla zərbələr vurub. Daha sonra ipi boğazına dolayıb sıxaraq, zərərçəkmişi qəsdən öldürüb.

Cəsədi su çəninin yanındakı 2 metrlik çuxura ataraq, üstünü torpaqla örtüb. Meyit göstərilən yerdən aşkar edilərək çıxarılıb. Məhkəmənin qərarı ilə Babək Quliyev CM-in “köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə” və “qanunsuz azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə” maddələri ilə təqsirli bilinib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər