Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 28 iyul tarixində APA məlumat verib.
Hadisə Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Ceyhun Nemətli idarə etdiyi "Opel" markalı avtomobillə şəxsiyyəti məlum olmayan, 55-60 yaşlarında kişini vurub. Piyada hadisə yerində ölüb.
Araşdırma aparılır.