Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində avtomobil yolu keçmək istəyən qadını vuraraq öldürüb. Bu barədə 11 yanvar tarixində Report məlumat verib.
Tağı Nurəddin oğlu idarə etdiyi "KIA" markalı avtomobillə Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsindən mərkəz istiqamətində hərəkətdə olarkən Sabunçu qəsəbəsində "Bolmart" supermarketin yaxınlığında ehtiyatsızlıqdan yolu keçən piyada - 1963-cü il təvəllüdlü Məmmədhəsənova Yeganə Həmzə qızını vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.