Bakıda avtomobil 2 qadını vurub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 12 dekabr tarixində xəbər verir.
Paytaxtın Nərimanov rayonunda Rauf Rüstəmov idarə etdiyi "Xəzər" markalı avtomobillə yolu keçmək istəyən 75 yaşlı Sara Hüseynova və Sevil Fərzəliyevanı vurub.
Sara Hüseynova hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.