Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi olub. Bu barədə 4 noyabr tarixində APA məlumat verib.
Qəza Babək prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Nissan" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, maşını avtosalonun ərazisində olan avtomobillərə çarpıb. Nəticədə yol təsərrüfatına və 3 yeni "Fiat" markalı avtomobilə zərər dəyib.
Hadisənin təfərrüatı araşdırılır.
[gallery link="file" columns="2" size="full" ids="136767,136768"]