Bakıda obyektdə yanğın olub. Bu barədə İnsanoid FHN-in Mətbuat Xidmətinə istinadən bu gün, 4 may tarixində xəbər verir.
Xətai rayonunda ümumi sahəsi 250 kv.m olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən sahəsi 50 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Sexin qarşısında təmirə dayanan "Mercedes" və "Honda" markalı minik avtomobillərinin ön hissəsi, "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi yanıb.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Tikilinin və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.