Türkiyə vətəndaşını Bakıda avtomobil vurub. Bu barədə Report 27 oktyabr tarixində xəbər verib.
Hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.
Oktyabrın 26-da saat 22:20 radələrində 26 yaşlı Məhəmməd Tağıyev idarə etdiyi "Mercedes E-Class" markalı avtomobillə Salyan şosesi, 26 ünvanında hərəkətdə olarkən yolu keçən 43 yaşlı Türkiyə vətəndaşı Sabit Bildini vurub.
Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.