Bakının Suraxanı rayonunda gənc piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 31 avqust tarixində xəbər verib.
Yolu keçən 17 yaşlı Kənan Cavadovu avtomobil vurub. Xəstəxanaya çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.